Məxfilik siyasəti

Bu Sənəddə VOVEN dedikdə, VOVEN brendi və onun tərəfindən idarə olunan veb-sayt nəzərdə tutulur.

Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulur.

Biz, sizin Veb-sayta daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə Veb-sayta daxil edilmiş məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi sizə aydın şəkildə izah etmək məqsədilə bu Sənədi tərtib etmişik. Bu Sənədin əsas məqsədi İstifadəçilərin Veb-saytdan etibarlı şəkildə istifadə etmələrini təmin etmək və daxil etdikləri fərdi məlumatların konfidensiallığının qorunduğunu təmin etməkdir. Odur ki, Veb-saytdan istifadə etməzdən əvvəl “Məxfilik siyasəti” ilə tanış olmağınız tövsiyə olunur.

VOVEN veb-saytının “Məxfilik siyasəti” Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və digər müvafiq normativ hüquqi aktlara uyğun hazırlanmışdır.

Veb-saytda İstifadəçi ilə məlumat mübadiləsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qanunçuluq, konfidensiallıq və könüllülük prinsipləri əsasında həyata keçirilir.

Toplanan məlumatlar

İstifadəçinin təqdim etdiyi məlumatlar (adı, soyadı, telefon nömrəsi, e-poçt ünvanı, ünvan və digər əlaqə məlumatları) “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq qorunur və İstifadəçinin razılığı olmadan, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülmür.

Biz aşağıdakı məlumatları toplaya bilərik:

  • Ad, soyad
  • Telefon/WhatsApp nömrəsi
  • E-poçt ünvanı
  • Çatdırılma ünvanı
  • Sayt istifadəsinə dair texniki məlumatlar (IP ünvanı, cihaz, brauzer)

Qeyd: Kart məlumatlarınız tərəfimizdən saxlanılmır və birbaşa təhlükəsiz ödəniş sistemləri vasitəsilə emal olunur.

Toplanan məlumatların istifadəsi

Toplanan məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:

  • Sifarişlərin emalı və çatdırılması
  • Müştəri xidməti və dəstək
  • Hesabın idarə olunması
  • Təhlükəsizlik və saxtakarlığın qarşısının alınması

Avtomatik toplanan məlumatlar

Saytımızdan istifadə zamanı bəzi məlumatlar avtomatik toplanır:

  • IP ünvanı
  • Brauzer növü və cihaz məlumatları
  • Saytda keçirdiyiniz vaxt və baxdığınız səhifələr

Bu məlumatlar istifadəçi təcrübəsinin yaxşılaşdırılması və saytın optimizasiyası məqsədilə istifadə olunur.

Məlumatların təhlükəsizliyi

Məlumatlarınızın qorunması üçün müasir təhlükəsizlik texnologiyalarından, o cümlədən SSL şifrələmədən istifadə edirik.

Ödəniş zamanı daxil etdiyiniz kart məlumatları birbaşa tərəfdaş ödəniş sistemləri (məsələn, ePoint və ya bank ödəniş infrastruktur təminatçıları) tərəfindən emal olunur. Ödəniş prosesi zamanı siz müvafiq olaraq təhlükəsiz ödəniş səhifəsinə yönləndirilirsiniz və kart məlumatlarınız VOVEN veb-saytında saxlanılmır və ya emal edilmir.

Ödəniş tamamlandıqdan sonra siz yenidən saytımıza qaytarılırsınız (“thank you” səhifəsi). Bu yanaşma kart məlumatlarınızın maksimum səviyyədə qorunmasını təmin edir.

Həmçinin, istifadə etdiyimiz ödəniş tərəfdaşları Apple Pay və Google Pay kimi əlavə təhlükəsiz ödəniş üsullarını dəstəkləyə bilər. Bu üsullar vasitəsilə ödəniş etdikdə kart məlumatlarınız daha yüksək təhlükəsizlik standartları ilə qorunur.

VOVEN kart məlumatlarına birbaşa çıxış əldə etmir və bu məlumatlar sistemimizdə saxlanılmır.

Məlumatların paylaşılması

Şəxsi məlumatlar yalnız xidmətin icrası üçün zəruri olan hallarda paylaşılır.

Sifarişin uğurla çatdırılması üçün İstifadəçi tərəfindən təqdim edilən ad, soyad, telefon nömrəsi və çatdırılma ünvanı müvafiq kuryer və logistika tərəfdaşlarına ötürülə bilər. Bu məlumatlar yalnız sifarişin icrası məqsədilə istifadə olunur.

İstifadəçi sifariş zamanı məlumatlarını daxil etməklə, bu məlumatların sifarişin icrası məqsədilə istifadə olunmasına razılıq verir.

Əlaqə

VOVEN bu “Məxfilik siyasəti”-nə istənilən vaxt birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklər qanunvericilikdə baş verən yeniliklər və ya xidmətlərin təkmilləşdirilməsi ilə bağlı ola bilər. Bununla belə, şəxsi məlumatların konfidensiallığının qorunması prinsipi hər zaman əsas götürülür.

Bu sənədlə bağlı hər hansı iradınız, təklif və ya sualınız olarsa, aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz: